IADC Bakı Ali Neft Məktəbində böyük seminar keçdi


Digərləri 04 Apr 2018 12:36:00 204 0

IADC Bakı Ali Neft Məktəbində böyük seminar keçdi

Beynəlxalq Qazma Podratçıları Assosiasiyası (IADC) Bakı Ali Neft Məktəbində (BANM) “Qazma platformalarının avtomatlaşdırılmasının statusu və gələcəyi” adlı seminar keçirib.

Bakı. Beynəlxalq Qazma Podratçıları Assosiasiyası (IADC) Bakı Ali Neft Məktəbində (BANM) “Qazma platformalarının avtomatlaşdırılmasının statusu və gələcəyi” adlı seminar keçirib. BANM-dan Trend-ə verilən məlumata görə, seminarın əsas qonağı Amerikanın Hyuston ştatında yerləşən “National Oilwell Varco” (NOV) şirkətinin Biznes və Texnologiyaların İnkişafı üzrə direktoru Tom Yost olub. Tədbirdə həmçinin IADC-nin Xəzər hövzəsi üzrə Komitəsinin sədri Graham Clark, NOV şirkətinin Xəzər Regionu üzrə meneceri Ramiz İmamquliyev və IADC-nin Xəzər hövzəsi üzrə Komitəsinin üzvü, BP-nin qazma mühəndisi Tural Nağıbəyli iştirak ediblər.