"Arvadımı döymüşəm" Əli Mirəliyev qadına şiddətdən danışdı VİDEO FOTO


Şou-biznes 04 Apr 2018 12:26:00 273 0

"Arvadımı döymüşəm"  Əli Mirəliyev qadına şiddətdən danışdı  VİDEO  FOTO

ARB TV-nin "Səhər-Səhər" verilişində bu dəfə "qadına şiddət" mövzusu müzakirə olunub.

Son.az bildirir ki, müğənni Əli Mirəliyev qadına əl qadırmağa meyilli olduğunu deyib:

"Ata-anama nəsə deyəcək, mən baxacam onun üzünə?! Arvadımı döymüşəm, atasını da yandırmışam. Olanı deyirəm, nə yalan deyim. Yalandan efirdə deyim ki, yox, biz mehribanıq. Evdə ər-arvad bir-birini yola verirsə, o normal ailə deyil. Gedirsən evdən kənarda çalışırsan, işləyirsən min söz-söhbət eşidirsən, üzün danlanır. Onan çəkirsən, bunan çəkirsən gəlirsən evə. Bir də evdəki pulunu alandan sonra qan uddurur. Deyirəm ağzının üstünə bir dənə şillə vur".


Xəbərə aid fotolar