"Təhqir harada səslənməsindən asılı olmayaraq cinayət əməlidir"


Siyasət 04 Apr 2018 12:29:00 272 0

"Təhqir harada səslənməsindən asılı olmayaraq cinayət əməlidir"

"Təhqir, harda səslənməsindən, tirajlanmasından asılı olmayaraq cinayət əməlidir və ona qarşı qanunlar çərçivəsində addım atılmalıdır".

Son.az bildirir ki, bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Onun sözlərinə görə, hazırda sosial medianı təhqir meydanına çevirmiş şəxslərlə bağlı da belə addımların atılması zəruridir: "Bu cür şəxslərin bəziləri ölkədən kənarda olsa da bir qismi Azərbaycandadır. Düşünürəm ki, onlarla bağlı hüquq mühafizə orqanları təcili tədbirlər görməlidir ki, başqalarına da dərs olsun. Azərbaycandan kənarda oturub təhqirlə məşğul olanları isə həmin ölkələrin hüquq mühafizə orqanlarına şikayət etmək lazımdır. Bu işi, əlbəttə, səfirliklərimiz görə bilər.

Tənqidə gəlincə, biz ədəb və əxlaq çərçivəsində tənqid ifadə edənlərə dözümlü yanaşırıq, hətta bunu faydalı hesab edirik. Şəxsən düşünürəm ki, ədəbli tənqidi təşviq etmək lazımdır".