DİN: Axtarışda olan 63 nəfər tutuldu


Digərləri 04 Apr 2018 12:22:00 187 0

DİN: Axtarışda olan 63 nəfər tutuldu

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 109 cinayət faktı qeydə alınıb, onların da 27-i “isti izlər”lə açılıb.

Bakı. Samir Əli - Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 109 cinayət faktı qeydə alınıb, onların da 27-i “isti izlər”lə açılıb. Trend-ə DİN Mətbuat Xidmətindən verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 20 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə 64, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 4, borclu şəxs qismində axtarışda olan 52 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.