Söyüş qrupu mühacirləri "söyüş qripi"nə yoluxub


Siyasət 04 Apr 2018 11:27:00 244 0

Söyüş qrupu mühacirləri "söyüş qripi"nə yoluxub

Son.az SİA-ya istinadən yazını təqdim edir.

"Hər bir insanın milli mənsubiyyəti onun qürur mənbəyidir" və Ümummilli Liderimiz Heydər Əliyevin dediyi kimi, bizim hamımız da fəxr edirik ki, biz azərbaycanlıyıq. Bu fəxarətlə yaşamaqla yanaşı, Azərbaycan həqiqətlərini də, onun uğurlarını da, dərdlərini də, faciələrini də, həlli vacib məsələlərini də bütün dünyaya çatdırmaq, nüfuzunun daha da artmasına çalışmaq hər bir azərbaycanlının vətəndaşlıq borcudur.

"Olmayandan vətən daşı, olmaz ölkə vətəndaşı" kəlməsi hər bir azərbaycanlının dilindən düşməməli və hətta vətəndaşlıq devizinə çevriməlidir. Vətəninə, dövlətinə, xalqına və millətinə bağlılıq hələ qədimdən insanlığın ən ali prinsipləri sayılıb. Millət olaraq, eyni milli mənsubiyyəti daşıdığımız türkün tarixən ən çox qoruduğu dəyərlər öz soyu, milli mənsubiyyəti, dövlətçilik prinsipləri, vətən anlayışı olub və bu gün də öz ənənəsinə sadiqdir.

Azərbaycanın Qarabağ kimi yaraları dərin izlər buraxıb və bəşəriyyətin erməni kimi ən amansız soysuzlarının zaman-zaman köksümüzə bu yaraları çəkdiyini hamımız yaxşı bilirik. Özlərinə aid olmayan torpaqlara iddialı olan ermənilər türk əsillilərə məxsus ərazilərdə dəfələrlə, insanlığa sığmayan, amansız qəddarlıqla soyqırımları təşkil edib və bir sözlə, bu millətin qanına susayıb. Ötən əsrin əvvəllərindən tutmuş, hal-hazırkı dövrə qədər dəfələrlə soyqırımları törətmiş bu vandalların 31 mart soyqırımı da qan yaddaşımıza həkk olunub. Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, bəşəriyyətin bu amansız terrorçuların əməllərinə qiymət verməsi, onların cəzalandırılması, haqq və hüquqlarımızın tanınması üçün hər bir Azərbaycan vətəndaşı əlindən gələni əsirgəməməlidir.

Avropada, daha dəqiq desək, Almaniyanın Köln şəhərində 31 Mart Azərbaycanlıların Soyqırımı ilə əlaqədar deputat Adil Əliyev tədbir keçirib və bu tədbirə Avropanın müxtəlif şəhərlərindən gəlmiş yüzlərlə azərbaycanlı, bəziləri isə öz ailələri, uşaqları ilə birgə qatılıb. Tədbirdə Avropada yaşayan Türkiyə vətəndaşları, müxtəlif qeyri-hökumət təşkilatlarının rəhbərləri, elm adamları, hətta xarici ölkə vətəndaşları da iştirak edib. Görüş çərçivəsində Azərbaycanın keçdiyi tarixi yola nəzər salınıb, 100 illiyini qeyd etdiyimiz mart soyqırımından, eləcə də, Xocalı soyqırmından, ermənilərin bizə xəyanətindən geniş söhbət açılıb və müzakirələr olunub. Həmçinin, dövlətimizin və Prezident İlham Əliyevin qazandığı bugünkü uğurlardan, siyasi sabitlikdən, aparılan islahatlardan, böyük layihələrdən və bunların Azərbaycana verdiyi və verəcəyi faydadan da söz açılıb, dövlətçilik maraqları, milli dəyərlər öz əksini tapıb. Əsl vətəndaşlıq mövqeyini tərənnüm edən bu tədbir azərbaycanlıların birliyini, Avropada yaşayan soydaşlarımızın dövlətin, millətin yanında olduğunu və Prezidentin siyasətini dəstəklədiyini bir daha təsdiq etdi.

Tərbiyəsizliklə populyarlıq qazananların mənəvi əxlaqı və söyüş söyməkdən başqa heç bir bacarığı yoxdur

Əfsuslar olsun ki, söyüş söyən məlum təxribatçı qrup Kölndə də peyda olub və hətta içərlərindən biri zala keçərək, nitq söyləmək və toplantını pozmaq da istəyib. Bu tədbirin, dövləti, milləti və Prezidenti dəstəkləyənlərin tədbiri olduğu ona bildirilərək, zaldan uzaqlaşdırılıb. Eyni zamanda, təxribatçıların nümayəndəsinə izah olunub ki, onlar da belə görüş keçirə bilər, sözsüz ki, əgər potensialları buna imkan verərsə. Təbii ki, mənəvi əxlaqı və söyüş söyməkdən başqa, heç bir bacarığı olmayanların belə bir addım atacaqları inandırıcı da görünmür. Söyüş söyməklə tanınan, qeyri-etik davranışlarla məşhurlaşan bu tərbiyəsizlərin dırnaqarası populyarlığı sözsüz ki, heç kim üçün maraqlı deyil və 300 nəfərin iştirakı ilə keçirilən tədbirə analoji bir yığıncaq keçirməyi yuxularında da görə bilməzlər. Belə ünsürlər uzaqbaşı 5-10 nəfər ola bilər ki, bu kiçik qruplaşmanı da, onun yığıncağını da keçirilən tədbirlə müqaisə belə etmək olmaz.

Söyüşün siyasi mübarizə deyil, tərbiyəsizlik kimi bir xəstəlik olduğunu nəzərə alsaq, Avropadakı muzdlu mühacir dəstəyə söyüş qrupu yox, bu təzahürlərə söyüş qripi də demək olar. Bu xəstəliyə düçar olanlar hər asqırdıqda, hər dingildədikdə ətrafa mikrob səpələdiklərini və bunun da onlar üçün acı nəticələrini dərk etsələr, tutulduqları mərəzdən sağalmağa səy göstərərdilər. Onlar hələ də fərqində deyillər ki, istər Azərbaycanda, istərsə də ölkə hüdudlarından kənarda onlar müqaisə edilməyəcək dərəcədə sayca azlıq təşkil edirlər və fəaliyyətləri mübarizə deyil, tərbiyəsizlikdir.