Ronaldodan növbəti Çempionlar Liqası rekordu


İdman 04 Apr 2018 11:25:00 283 0

Ronaldodan növbəti Çempionlar Liqası rekordu

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində İtaliya çempionu “Juventus”la oyun Madrid “Real”ının hücumçusu Kristiano Ronaldo üçün əlamətdar olub.

Goal.az xəbər verir ki, İspaniya çempionunun portuqaliyalı ulduz futbolçusu 3:0 hesablı qələbəyə imza atdıqları səfər matçında yeni rekordla yadda qalıb. Belə ki, o, ardıcıl 10 oyunda qol vurmaqla ÇL-in tarixinə düşüb.

Ronaldoya qədər bu rekord ardıcıl 9 oyunda fərqlənən “Manchester United”in sabiq hücumçusu Rud van Nistelroya məxsus idi. Lakin Kristiano hollandiyalı futbolçunun rekordunu kölgədə qoymağı bacarıb.

“Real”ın ulduz futbolçu bu oyunda başqa bir uğura da imza atıb. O, qitənin ən nüfuzlu klub turnirində 95-ci qələbəsinə sevinib. Bu baxımdan Ronaldo, “Real”ın sabiq qapıçısı, hazırda “Portu”da çıxış edən İker Kasilyasa çatıb. Lakin Kasilyas ÇL-də 171, Ronaldo isə 152 matç keçirib. Böyük ehtimalla portuqaliyalı futbolçu elə bu mövsüm ÇL-də qazandığı qələbələrin sayına görə də mütləq rekordçuya çevriləcək.