"Qeyri-maddi mədəni irsin qorunması haqqında" qanun layihəsi MM-ə təqdim ediləcək


Digərləri 04 Apr 2018 11:18:27 200 0

"Qeyri-maddi mədəni irsin qorunması haqqında" qanun layihəsi MM-ə təqdim ediləcək

Bu gün Avropa İttifaqının maliyyələşdirdiyi "Mədəniyyət sektorunun siyasəti və idarəolunması sisteminin modernləşdirilmısində Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinə dəstək" Tvinninq layihəsi sona çatır.

Bakı. İlhamə İsabalayeva - Bu gün Avropa İttifaqının maliyyələşdirdiyi "Mədəniyyət sektorunun siyasəti və idarəolunması sisteminin modernləşdirilmısində Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinə dəstək" Tvinninq layihəsi sona çatır. Trend-in məlumatına görə, bununla bağlı keçirilən tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib ki, bu layihə Avropa Qonşuluq Siyasəti çərçivəsində Avropa Qonşuluq və Tərəfdaşlıq Alətinin köməyilə Mədəniyyət və Turizm Nazirliyi və İtaliyanın Mədəni Irs, Fəaliyyətlər və Turizm Nazirliyi arasında əməkdaşlıq şəraitində həyata keçirilib. Nazir bildirib ki, Azərbaycanın mədəniyyət sektorunun modernləşdirilməsi istiqamətində layihənin əhəmiyyətli nəticələri olub . Ə.Qarayevin sözlərinə görə, təklif olunan bəzi islahat tədbirləri bir neçə istiqaməti-mədəniyyət sahəsində dövlət və özəl qurumların iştirakının gücləndirilməsi üçün yeni hüquqi praktikaların təqdim olunması, muzey və kitabxana sahəsində müasir idarəetməyə keçid, mədəniyyət klubları şəbəkəsinin təkmilləşdirilməsi və s. əhatə edib.