Nazir: Əfsuslar olsun ki, bəzi dəllallar turizmdən gəlir əldə etmək istəyirlər


Digərləri 04 Apr 2018 11:01:00 190 0

Nazir: Əfsuslar olsun ki, bəzi dəllallar turizmdən gəlir əldə etmək istəyirlər

"Bu gün biz öyrəşmişik ki, mədəniyyət sektoru dövlətin çiyinləri üzərində olsun".

Bakı. İlhamə İsabalayeva - "Bu gün biz öyrəşmişik ki, mədəniyyət sektoru dövlətin çiyinləri üzərində olsun. Amma dünya ölkələrinin təcrübəsi onu göstərir ki, mədəniyyət sektoru dövlətə gəlir gətirir". Trend-in məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir bildirib ki, Azərbaycanda da mədəniyyət sektoru büdcəyə gəlir gətirməlidir. Bunun üçün isə onlar üçün əlavə imkanlar yaradılmalıdır.