Bakıda avtomobil yol nişanının olmadığı quyuya düşüb - FOTO - VİDEO - YENİLƏNİB


Sosial 04 Apr 2018 10:56:00 259 0

Bakıda avtomobil yol nişanının olmadığı quyuya düşüb - FOTO - VİDEO - YENİLƏNİB

Nəticədə avtomobil deformasiyaya uğrayıb

Bakıda avtomobil yol nişanı olmayan quyuya düşüb.

"Report" xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıb.

Belə ki, "Azsamand markalı, "90-PE-640" qeydiyyat nişanlı avtomobil sağa dönmə əməliyyatı edərkən heç bir yol nişanının olmadığı, boru çəkilməsi üçün nəzərdə tutulan, yenicə qazılmış quyuya düşüb. Nəticədə avtomobil deformasiyaya uğrayıb.

Hadisə şahidləri "Report"a bildiriblər ki, ərazidə quyunun olması barədə heç bir yol nişanı qoyulmayıb.