Qaradağda yaşayan Aprel döyüşçüləri ilə görüş keçirilib (FOTO)


Digərləri 04 Apr 2018 10:51:00 189 0

Qaradağda yaşayan Aprel döyüşçüləri ilə görüş keçirilib (FOTO)

Aprelin 3-də Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində Qaradağ rayonunda yaşayan Aprel döyüşçüləri ilə birgə görüş keçirilib.

Bakı. Aprelin 3-də Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində Qaradağ rayonunda yaşayan Aprel döyüşçüləri ilə birgə görüş keçirilib. Trend-in məlumatına görə, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Azərbaycanın Milli Qəhrəmanı Samid İmanovun həyat yoldaşı Badam İmanova, Aprel döyüşlərinin 25 nəfər iştirakçısı və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Tədbir torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının, o cümlədən Aprel döyüşlərində şəhid olmuş igid oğullarımızın ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.