Qazaxda avtobusla minik avtomobilinin toqquşması barədə rəsmi məlumat yayılıb - YENİLƏNİB - 2 - FOTO


Sosial 04 Apr 2018 10:42:00 248 0

Qazaxda avtobusla minik avtomobilinin toqquşması barədə rəsmi məlumat yayılıb - YENİLƏNİB - 2 - FOTO

Bir nəfər ölüb, 12 nəfər xəsarət alıb

Fövqəladə Hallar Nazirliyi Qazaxda avtobusla minik avtomobilinin toqquşması barədə rəsmi məlumat yayıb.

"Report"un xəbərinə görə, nazirlikdən bildirilib ki,Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qazax rayonu ərazisində "Mercedes" markalı sərnişin avtobusu və "Mercedes" markalı minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.

Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb edilib. Minik avtomobilin sürücüsü, 1950-ci il təvəllüdlü Orucov Ziyalı Zahid oğlunun meyiti xilasedicilər tərəfindən nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Avtobusun sürücüsü və 12 nəfər sərnişin müxtəlif xəsarətlərlə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları tərəfindən xəstəxanaya aparılıb.

*** 08:12

Qazax rayonunda bir nəfərin ölümü, yeddi nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb bürosu xəbər verir ki, hadisə Bakı-Qazax-Gürcüstan avtomobil yolunun Qazax rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, Bakı-Qazax-Qırmızı körpü istiqamətində hərəkət edən "Mercedes" markalı sərnişin avtobusu "Mercedes" markalı minik avtomobili ilə toqquşub.Qəza nəticəsində minik avtomobilinin sürücüsü, Qazax rayon sakini, 1950-ci il təvəllüdlüZiyalı Zahid oğlu Orucov hadisə yerində ölüb.

Hadisə zamanı həmçinin 59 yaşlı Allazova Aybəniz Mahmud qızı, Bakı şəhər sakini, 1958-ci il təvəllüdlü Rəhimova Raidə Xanmirzə qızı, 1985-ci il təvəllüdlü Gürcüstan vətəndaşı Həsənova Fərmayə İsmayıl qızı, 1969-cu il təvəllüdlü Bakı şəhər sakini Süleymanova Mərziyə Cəlal qızı, 1956-cı il təvəllüdlü Bakı şəhər sakini Ramazanova Sevinc Zedulla qızı, 1953-cü il təvəllüdlü Gürcüstan vətəndaşı Bayramova Zeynəb Əhməd qızı xəsarət alıblar.

Hadisə yerinə cəlb olunan DYP əməkdaşları qəzanın səbəblərini araşdırırlar.

***07:44

Qazax rayonunda bir nəfərinölümü, bir neçə nəfərin xəsarət almasıilə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb bürosu xəbər verir ki, hadisə Bakı-Qazax-Gürcüstan avtomobil yolunun Qazax rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, "Mercedes" markalı minik avtomobili ilə "Mercedes" markalı sərnişin avtobusu toqquşub. Nəticədə minik avtomobilinin Ziya adlısürücüsü hadisə yerindəölüb.

Qəza zamanıdaha üç nəfər, "Mercedes" markalı avtobusun sərnişini,59 yaşlı Allazova Aybəniz Mahmud qızı və daha 2 nəfərxəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.