Almaniyanın ZDF telekanalı Ermənistanı ifşa etdi


Dünya 04 Apr 2018 10:45:00 198 0

Almaniyanın ZDF telekanalı Ermənistanı ifşa etdi

Almaniyanın ictimai televiziyası olan ZDF müasir Ermənistann ağır vəziyyəti və mövcud reallığı barədə reportaj hazırlayıb. "Soyqırımı, Dağlıq Qarabağ müharibəsi - insanlar bu kimi mövzuları Ermənistanla əlaqələndirirlər. Lakin gündəlik həyat bu cürdür: korrupsiyalaşmış siyasilər, tam yoxsulluq. Gənclər kütləvi şəkildə ölkəni tərk edirlər"-deyə reportajda qeyd olunur.

Son.az SİA-ya istinadən xəbər verri ki, ZDF-in reportajında daha sonra bildirilir: "Bir müddət öncə aparılan araşdırmaların nəticələrinə görə, demək olar ki, erməni gənclərinin 2/3-ü minimum zaman kəsimində öz ölkəsini tərk etmək barədə fikirləşirlər. Onlar ölkələrinin siyasi, sosial və iqtisadi vəziyyətindən pəjmürdə olublar. Rəsmi statistikaya görə, ölkə əhalisinin 30%-i səfilliyin və yoxsulluğun ən ağır vəziyyətini yaşayırlar. Real rəqəmər isə çox yəqin ki, daha artıqdır".

"Transparency International"ın korrupsiya indeksi: "Ermənistan Efiopiya, Makedoniya, Vyetnamla birgə 107-ci yerdə qərarlaşıb"

"Transparency International"ın korrupsiya indeksinə görə, Ermənistan Efiopiya, Makedoniya, Vyetnamla birgə 107-ci yerdə qərarlaşıb. İqtisadiyyat bir neçə oliqarxın əlindədir: kimlər ki, hakim elitanın qohumu, yaxını deyilsə, biznes şansı demək olar ki, yoxdur. Bundan əlavə, ölkədəki məhkəmə sistemi asılı vəziyyətdədir - investorlar üçün öldürücü milksdir. Hər seçkilərdən sonra seçki saxtakarlıqları ətrafında ittihamlar səsləndirilir. Seçici siyahılarına kütləvi şəkildə ölmüş insanların adları daxil edilir. Sual: "Baba, əgər sən seçkilərə görə bilərəkdən dirilmisənsə, bu zaman nəyə görə bizi də ziyarət etmirsən?" -Ermənistanda ən çox səslənən seçki ifadələrindən biri də budur"-ZDF-in reportajında bildirilir.

SSRİ-nin süqutundan sonra Ermənistan 16-30 yaş arası milyondan çox insan itirib!