Masallıda inzibati binada yanğın


Digərləri 04 Apr 2018 10:24:00 206 0

Masallıda inzibati binada yanğın

Masallıda inzibati bina yanıb.

FHN-dən Son.az-a verilən məlumata görə, rayonun Qızılavar kəndində ümumi sahəsi 360 kv.m olan ikimərtəbəli inzibati binanın 1-ci mərtəbəsində ümumi sahəsi 60 kv.m olan otağın yanar konstruksiyaları 10 kv.m sahədə, 2 p.m telefon kabeli və lambirdən ibarət tavan 60 kv.m sahədə yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.