Əfqanıstanın Xarici İşlər naziri Azərbaycana gələcək


Siyasət 04 Apr 2018 10:10:00 234 0

Əfqanıstanın Xarici İşlər naziri Azərbaycana gələcək

Əfqanıstan İslam Respublikasının Xarici İşlər Naziri Azərbaycana işgüzar səfərə gəlir.

Son.az Trend-ə istinadən xəbər verir ki, Əfqanıstan İslam Respublikasının Xarici İşlər Naziri Salahuddin Rabbaninin rəhbərlik etdiyi əfqan nümayəndə heyəti 5-6 aprel 2018-ci ildə Bakıda "Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi" mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində Nazirlər konfransında iştirak etmək üçün aprelin 4-7-də Bakıda səfərdə olacaq.

Qeyd edək ki, aprelin 5-6-da Bakıda "Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi" mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransı keçiriləcək. Tədbirdə Qoşulmama Hərəkatında iştirak edən dövlətlər, həmçinin hərəkat yanında müşahidəçi statusu almış dövlət və beynəlxalq təşkilatların nümayəndələri, xüsusi qonaq qismində dəvət olunan ölkələr və təşkilatlar iştirak edəcəklər.

Qoşulmama Hərəkatında 120 dövlət iştirak edir, 17 dövlət və 10 beynəlxalq təşkilat müşahidəçi statusuna malikdir.