Polis "YouTube" şirkətinin ofisində atəş açan qadının kimliyini müəyyənləşdirib


Dünya 04 Apr 2018 10:11:26 239 0

Polis "YouTube" şirkətinin ofisində atəş açan qadının kimliyini müəyyənləşdirib

San Bruno polis şefi: "Atəş açdıqdan sonra hücum edən şəxs intihar edib"

Kaliforniyada "YouTube" şirkətinin qərargahında atışmanı 39 yaşlı Nasim Aqdam həyata keçirib.

"Report" "ABC News"a istinadən xəbər verir ki, San Bruno polis şefi Ed Barberini N.Aqdamın atəş açdıqdan sonra intihar etdiyini vurğulayıb.

KİV-in məlumatına görə, atəş açan qadan şirkətin zərərçəkən əməkdaşlarından birini - polisin hücumun hədəfi olduğunu güman etdiyi şəxsi tanıyıb. Hazırda yaralı kişi xəstəxanadadır. Həkimlər onun vəziyyətinin kritik olduğunu bildirirlər. Daha iki yaralı qadın da xəstəxanaya yerləşdirilib.

Atışma "YouTube" şirkətinin San Bruno şəhərində yerləşən qərargahında baş verib. Şirkətdə, təqribən,1700 nəfər çalışır. Bütün işçilər təxliyyə edilib.