Azərbaycanlı qadın "Youtube"nin baş ofisində intihar etdi VİDEO FOTO


Dünya 04 Apr 2018 10:14:00 203 0

Azərbaycanlı qadın "Youtube"nin baş ofisində intihar etdi  VİDEO  FOTO

Amerikada "Youtube"nin baş ofisində atışma və intihar hadisəsi baş verib.

Son.az Mirror-a istinadla xəbər verir ki, Nasim Aghdam adlı qadın ofisin yaxınlığında dayanaraq oraya atəş açıb, 3 nəfəri yaralayıb, sonra da özünü öldürüb.

Facebook və başqa sosial şəbəkələrdə Nasime Sabz adı ilə qeydiyyatda olan qadının heyvan haqlarını müdafiə edən aktivist olub.

Onun bu hərəkəti etməsinə səbəb kimi "Youtube"nin onun hesabını bloka atması göstərilir.

San Brunoda yerləşən ofisə hücum edən qadın hadisə şahidlərinin dediyinə görə təxminən 20 dəfə atəş açıb.