ABŞın hərbi vertolyotu qəzaya uğradı


Dünya 04 Apr 2018 10:03:00 222 0

ABŞın hərbi vertolyotu qəzaya uğradı

ABŞ Dəniz piyada korpusuna məxsus vertolyot Kaliforniyanın cənubunda, El-Sentro şəhərində qəzaya uğrayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 4 ekipaj üzvünün həlak olduğu ehtimal edilir.

"CH-53E Super Stallion" helikopterinin standart təlim zamanı qəzaya uğradığı bildirilsə də, hadisənin hansı səbəbdən baş verdiyi hələ məlum deyil.