Sement müəssisəsinin əmlakı hərraca çıxarıldı


Digərləri 04 Apr 2018 10:06:00 239 0

Sement müəssisəsinin əmlakı hərraca çıxarıldı

Vergilər Nazirliyi vergi borcuna görə Qaradağda "Bakı Sement Təmir" kollektiv müəssisəsinə məxsus ofis və iki anbar hərraca çıxarıb.

Nazirlikdən Son.az-a verilən məlumata görə, hərraca çıxarılan əmlaklar Bakı şəhəri, Qaradağ rayonu, Sahil ŞTQ (Qaradağ qəs), ev Sement zavodu ünvanında yerləşir.

Həmin ünvanda ofis və anbara 15 min manat qiymət qoyulub. Əvvəlki hərracda əmlak satılmadığından qiyməti 20% aşağı salınaraq 12 min manata endirilib.