Telefon cibinizə necə nəzarət edə bilər? - "AccessBank"ın "myAccess" mobil əlavəsi


Digərləri 04 Apr 2018 10:01:00 253 0

Telefon cibinizə necə nəzarət edə bilər? - "AccessBank"ın "myAccess" mobil əlavəsi

"AccessBank" "myAccess" mobil əlavəsini təqdim edir.

Bakı. Siz heç pullarınızı necə xərclədiyiniz haqda düşünmüsünüzmü? Bunun üçün nə qədər alət və mərhələli prosedurlardan istifadə edirsiniz? Nağd pul, bank kartları, banklar, ödəniş terminalları... Bunu daha da asanlaşdırmaq olmazmı? Olar! Bütün bu uzun əməliyyatlara, harasa getməyə, hələ üstəlik buna vaxt sərf etməyə ehtiyac yoxdur. Bunun üçün sadəcə bir telefon lazımdır, bir də "AccessBank"ın "myAccess" mobil əlavəsi. Yəqin düşünürsünüz ki, bu əlavə sizə nə verir? Nəyə görə mobil bankçılıq pullarınıza nəzarət və onların idarə edilməsinə keyfiyyətcə yeni yanaşma hesab olunur? İlk növbədə gəlin adi vətəndaşa daha çox hansı pul əməliyyatlarını aparmaq lazım olduğunu müəyyənləşdirək: Pulların alınması. Əlbəttə ki, pulları xərcləməzdən öncə, ilk növbədə, onları əldə etmək lazımdır. Söhbət əmək haqqı və ya hər hansı digər gəlirdən gedir. Telefonunuza myAccess yükləməklə, əmək haqqının karta "oturub-oturmadığını" öyrənmək üçün artıq onun balansını terminallarda yoxlamağa ehtiyac qalmayacaq. Əlavəni açıb hesabın vəziyyətinə nəzər salmaq kifayətdir (saatda bir neçə dəfə belə - əsas odur ki, bunu kart və terminallardan asılı vəziyyətdə olmadan öz evinizdə edirsiniz). Vəsaitlərlə bağlı növbəti əməliyyata keçməzdən əvvəl ən mühüm məqamı qeyd etmək lazımdır - "myAccess" ilə hər hansı əməliyyatlar aparmaq üçün "AccessBank"da cari hesabınızın olması vacibdir. Razılaşın ki, pulları idarə etmək üçün onları haradasa saxlamaq lazımdır. Hesabı həm milli, həm də xarici valyuta ilə açmaq olar, bu da danılmaz üstünlükdür, axı bu, növbəti əməliyyatı birbaşa telefonda aparmağa imkan verir: Valyuta mübadiləsi. İndi bankların saat neçəyə qədər işlədikləri, istirahət günləri açıq olub-olmadıqları barədə narahat olmaq lazım deyil - sadəcə milli valyutada olan hesabdakı pulu xarici valyutada olan hesaba (və ya əksinə) köçürmək kifayətdir. Bu cür iki hesaba sahib olmaqla siz günün istənilən vaxtı valyutanı dəyişə bilərsiniz - gecə saat üçdə belə! (bu barədə biz növbəti məqalələrdə daha ətraflı danışacayıq). Bundan başqa, bu funksiya sayəsində xaricə gedərkən özünüzlə nağd pul götürməyə artıq ehtiyac olmayacaq.