Ronaldo Azərbaycanla oyunu xatırladı


İdman 04 Apr 2018 09:50:00 257 0

Ronaldo Azərbaycanla oyunu xatırladı

"Real Madrid"in ulduz futbolçusu Kriştiano Ronaldo Çempionlar Liqasının ilk 1/4 final matçında İtaliya "Juventus"unun qapısına vurduğu ikinci top barədə danışarkən Azərbaycanla oyunu xatırlayıb.

Goal.az xəbər verir ki,  portuqal futbolçu millinin heyətində 2014-cü il dünya çempionatının seçmə qrup matçı zamanı Azərbaycan millisinin qapısına endirdiyi aşırma zərbəni xatırladıb.

"Mən bir dəfə də belə qol vurmuşdum. 2012-ci il sentyabrın 11-də keçirilmiş həmin görüşdə top qapı tirinə dəyərək, çölə çıxmışdı. Bu, xoş təsir bağışlayan, yaddaşlarda qalacaq qol oldu. Şübhəsiz ki, "Yuventus"a vurduğum ikinci top mənim ən gözəl qolumdur".

Qeyd edək ki, Ronaldu "Juventus"la səfər matçında 2 qol vurub. Bununla da təcrübəli hücumçu Çempionlar Liqasında ardıcıl 10-cu oyunda fərqlənərək, qollarının sayını 14-ə çatdırıb və bombardirlər siyahısında liderliyini möhkəmlədib. O həm də, "Juventus"la qarşılaşdığı 6 oyunun hər birində fərqlənməyi bacarıb.