Ağac və kolların zədələnməsinə görə cərimə kəsildi


Digərləri 04 Apr 2018 09:48:00 229 0

Ağac və kolların zədələnməsinə görə cərimə kəsildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Qaynar xətt"inə Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 93 və 99 saylı binaların qarşısında ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

ETSN-dən Son.az-a verilən məlumata görə, əraziyə keçirilən baxış zamanı müxtəlif vaxtlarda ayrı-ayrı vətəndaşlar tərəfindən yaşıllıq ərazinin primitiv üsulla qanunsuz çəpərlənərək zəbt olunduğu və Xətai rayon İcra Hakimiyyətinin göstərişi ilə rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin əməkdaşları tərəfindən abadlıq işlərinin aparılması məqsədilə çəpərlərin texnika vasitəsilə söküldüyü müəyyən edilib. Araşdırma zamanı ərazidə ağac kəsintisi faktının olmadığı, lakin söküntü işləri zamanı bir neçə ağac və kolların zədələndiyi və təbiətə 400 manat məbləğində ziyan dəydiyi məlum olub.