Almaniya "Skripalın işi" ilə bağlı Böyük Britaniyanı tənqid etdi


Dünya 04 Apr 2018 09:20:00 244 0

Almaniya "Skripalın işi" ilə bağlı Böyük Britaniyanı tənqid etdi

Almaniyanın Şimali Reyn - Vestfaliya federal torpağının Baş naziri və kansler Angela Merkelin yaxın müttəfiqi Armin Laşet "Skripalın işi" ilə bağlı Böyük Britaniyanı tənqid edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, Laşet deyib ki, Böyük Britaniya rus diplomatlarının çıxarılması ilə bağlı digər ölkələrə çağırış etməmişdən əvvəl "Skripalın işi" ilə bağlı yetərli sübutlar toplamalı idi.

Laşet həmçinin bildirib ki, Rusiyaya qarşı hansı dövlət necə addım atırsa, öz işidir, amma beynəlxalq hüquq başqa yanaşmanı özündə ehtiva edir.