Bakının bu rayonu qazsız qalacaq


Digərləri 04 Apr 2018 09:26:00 239 0

Bakının bu rayonu qazsız qalacaq

Bakı şəhəri Yasamal rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq.

"Azəriqaz" İB-dən Son.az-a verilən məlumata görə, Yasamal rayonu Əsəd Əhmədov küçəsində diametri 530 mm-lik orta təzyiqli yeraltı qaz kəmərində aşkar olunmuş qaz sızmasının ləğv olunması ilə əlaqədar, aprelin 04-də saat 10:00-dan işlər yekunlaşanadək Yeni Yasamal 1-ci və 2-ci yaşayış massivləri, həmçinin Əsəd Əhmədov küçəsində təbii qazın verilişində fasilə yaranacaq.