Qazaxda minik avtomobili avtobusla toqquşub, ölən və xəsarət alanlar var - YENİLƏNİB


Sosial 04 Apr 2018 08:12:00 239 0

Qazaxda minik avtomobili avtobusla toqquşub, ölən və xəsarət alanlar var - YENİLƏNİB

Hadisə zamanı 7 nəfər xəsarət alıb

Qazax rayonunda bir nəfərin ölümü, yeddi nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb bürosu xəbər verir ki, hadisə Bakı-Qazax-Gürcüstan avtomobil yolunun Qazax rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, Bakı-Qazax-Qırmızı körpü istiqamətində hərəkət edən "Mercedes" markalı sərnişin avtobusu "Mercedes" markalı minik avtomobili toqquşub.Qəza nəticəsində minik avtomobilinin Ziya adlı sürücüsü hadisə yerində ölüb.Hadisə zamanı həmçinin 59 yaşlı Allazova Aybəniz Mahmud qızı, Bakı şəhər sakini, 1958-ci il təvəllüdlü Rəhimova Raidə Xanmirzə qızı, 1985-ci il təvəllüdlü Gürcüstan vətəndaşı Həsənova Fərmayə İsmayıl qızı, 1969-cu il təvəllüdlü Bakı sakini Süleymanova Mərziyə Cəlal qızı, 1956-cı il təvəllüdlü Bakı şəhər sakini Ramazanova Sevinc Zedulla qızı, 1953-cü il təvəllüdlü Gürcüstan vətəndaşı Bayramova Zeynəb Əhməd qızı xəsarət alıblar.

***07:44

Qazax rayonunda bir nəfərinölümü, bir neçə nəfərin xəsarət almasıilə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb bürosu xəbər verir ki, hadisə Bakı-Qazax-Gürcüstan avtomobil yolunun Qazax rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, "Mercedes" markalı minik avtomobili ilə "Mercedes" markalı sərnişin avtobusu toqquşub. Nəticədə minik avtomobilinin Ziya adlısürücüsü hadisə yerindəölüb.

Qəza zamanıdaha üç nəfər, "Mercedes" markalı avtobusun sərnişini,59 yaşlı Allazova Aybəniz Mahmud qızı və daha 2 nəfərxəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.