Hollivudun məşhur cütlüyü 9 illik evliliyə son qoydu


Digərləri 04 Apr 2018 07:48:00 296 0

Hollivudun məşhur cütlüyü 9 illik evliliyə son qoydu

Hollivudun daha bir ulduz cütlüyü boşanıb.

Son.az axşam.az-a istinadən bildirir ki, 37 yaşlı aktyor Çenninq Tatumla xanımı Cenna Dyuenn-Tatum 9 illik ailə həyatlarına son qoymaq qərarına gəliblər. Bu barədə onlar birgə açıqlama yayıblar:

"Biz bir neçə il əvvəl bir-birimizi çox sevdik. Məhz həmin vaxt bizim uzun evlilik səyahətimiz başladı. Bir-birimizə münasibətimizdə heç nə dəyişməyib. Aramızda heç bir mübahisə, insident yaşanmayıb. Bizim gizlədiyimiz heç nə yoxdur. Sadəcə iki dost kimi başa düşdük ki, bundan sonra həyatımızı ayrı-ayrılıqda yaşamalıyıq. Biz ailə olaraq qalırıq və hər zaman da öz sevimli Everlimiz üçün sevimli, qayğıkeş valideyn olaraq qalacağıq".