Burak Özçivit Fahriye Evcenin GİZLİNLƏRİNİ AÇDI: "İnanılmaz qadındır" MÜSAHİBƏ FOTO


Digərləri 04 Apr 2018 01:30:00 307 0

Burak Özçivit Fahriye Evcenin GİZLİNLƏRİNİ AÇDI: "İnanılmaz qadındır"  MÜSAHİBƏ  FOTO

Sadəcə yaraşığına güvənmədi, özünü davamlı inkişaf etdirdi. Bəli, o, getdiyi hər yerdə məqsədsiz və istəmədən izdiham yaradacaq qədər yaraşıqlıdır. Amma yaşından daha yetkindir və xoşbəxt davam edən evliliyi var.

Ailəsi üç nəsildir kababçılıqla məşğul olur. Burak da onların bu sənətini davam etdirmək istəməyən nəvələridir. Mərmərə Universitetinin Gözəl Sənətlər Fakültəsinin Fotoqraf ixtisasını oxuyub, karyerasına model kimi gəlib, hazırda aktyorluq və rejissorluqla məşğul olur.

"Vətən sevgimə heç kim şübhə ilə yanşa bilməz" deyən Burak Özçivit hesab edir ki, aktyor ona təklif olunan hər rolu oynamağı bacarmalıdır. Yeməklə arası çox yaxşı olmasa da, xanımı Fahriye Evcenin yeməklərini çox bəyənir. Hətta hesab edir ki, heç kim Fahriye qədər gözəl plov bişirə bilməz.

Son.az xəbər verir ki, bu həftə "Can Fəda" filminin qalasına hazırlaşan Burak Özçivit məşhur jurnalist Ayşe Armana müsahibə verib.

- Bir kişinin bu qədər yaraşıqlı olması problem yaratmır?

- İndi mən buna nə deyim? Həyata elə baxmıram. Problem olduğunu düşünsəydim, bu səviyyəyə gəlməzdim İnsanın zahiri yaraşıqlı ola bilər, amma mütləq başqa üstünlüklərin də olmalıdır. Məsələn, ağıl, zəka, istedad, bacarıq, peşəsinə həvəslə bağlı olmaq kimi keyfiyyətlər. Mən də bu keyfiyyətlərə sahib olmaq üçün xeyli baş sındırdım.

- Təbii ki, yeganə üstünlüyün sadəcə yaraşığın deyil. Vyanada çəkilən videonu gördüm. Adamı başdan çıxarır, orada yaşadıqlarını danışa bilərsən?

- Etiraf edirəm ki, biz də təəccübləndik! Ər və arvad istirahətə getmişik, quşlar kimi sərbəst və xoşbəxtik. Qaldığımız hotelin eyvanında bir selfie çəkdik. Bilmirdik ki, arxadakı meydan oranın ən məşhur yeridir. Sonra çölə gəzməyə çıxdıq. Bir neçə saat sonra hotelə qayıtdıq. Bir də baxdıq ki, yollar bağlanıb, böyük izdiham yaranmışdı. Meydan polislə dolu idi. Çox təəccüblənmişdik, çünki bir gün əvvəl Yeni İl olsa da, bu qədər qələbəlik deyildi! Nə baş verdiyini bilmədik. Hotel əməkdaşlarına zəng edəndə dedilər ki, ön qapını bağlayıblar. Bizə "Arxa qapıdan gəlin" dedilər. Otağımıza arxa qapıdan çıxdıq.

- Hələ də nə olduğunu bilmirsiniz?

- Xeyr, millət elə hey qışqırırdı! Uğultu, gurultu bir-birinə qarışmışdı, qiyamət qopurdu. Sonra bir polis gəlib qapını döydü və "Siz kimsiniz?" deyə sual verdi. Donub qalmışdıq, "Necə yəni, biz nə etmişik?" deyə soruşduq.

Cavabında "Bir foto paylaşmısınız, bu insanlara nə olub? Niyə buraya yığılıblar?" dedilər. Əlbəttə ki, o anda şok keçirdik! O izdihamın bizim üçün orada olduğunu anladıq! Ertəsi gün bizi yeməkxanadan çölə çıxardılar. Polis küçəni bağlamışdı. Bizi şüşələri qara mikroavtobusla hava limanına apardılar. İzdihama görə hava limanına dörd saat əvvəlcədən getdik. İki nəfəri nəzarətə almışdılar. Bir fotonun nələrə qadir olacağını o gün, orada öyrəndik. Qəzetlər bu xəbəri 3-cü Vyana mühasirəsi kimi təqdim etmişdi.

- Özünü "rok star" kimi hiss elədin?

- Yox, əşşi, onları keçmişəm.

- Yaraşığın şəxsiyyətini və ağlını kölgədə qoyur?

- Yox, çünki aktyorluq tamamilə rolla əlaqədardır. Rolun içinə girməli və oynadığın şəxs olmalısan. Buna nail olanda da tamaşaçılar səni deyil, oynadığın xarakteri görür.

- Bəs elə olur ki, rola girə bilmirsiniz?

- Məndə olmayıb. Bu, sehrbazlıqla eynidir. Sehrbaz da öz sehrini hazırladıqdan sonra göstərir. Aktyorluq da belədir, hazırlanırsınız və rolu canlandırırsınız. Mən də rolum üzərində çalışıram. Amma hər şey çəkiliş prosesində bəlli olur.

- Necə yəni?

- Serialda canlandırılan obraz birincidə yox, dördüncü bölümdən sonra oturur. Zamanla xarakterin keyfiyyətlərini özün üçün kəşf edirsən. Əlbəttə ki, bu baxımdan rolunu kinoda təsirli oynamaq daha çətindir. Çəkilişlər beş həftəyə bitir, aktyor kinoda daha çox əziyyət çəkir.

- Evlilik necə gedir?

- Əla.

- Evliliyinizin bir ili tamam olmamış haqqınızda boşanma xəbərlərinin çıxması normaldır?

- Vallah nə deyim, insanlar lap qəribədir. Amma biz bu xəbərlərə baş qoşmağı çox sevmirik.

- Yazılanların hamısı yalandır?

- Əlbəttə! Səhər oyananda qəzeti əlinə alırsan və "Bu nədir?" deyirsən.

- Bəs niyə xəbəri yazanlara zəng edib təkzib etmirsiniz?

- Bu işin sonu yoxdur ki! Dibsiz quyudur. Onsuz da sosial medianın olduğu dövrdə kiməsə zəng etməyə gərək yoxdur. Xəbər yazanlara bu günə qədər heç bir söz deməmişəm. Sosial mediadan da cavab vermədim. Onsuz da insanlar zamanla yazılanların doğru olmadığını anlayır.

- Səni Fahriyedən ayırmaq istəyən fanatların varmı?

- Maraqlıdır ki, biz ən çox bəyənilən ulduz cütlüyük. Bu qiymətləndirmə çox xoşuma gəlir, şanslıyıq. İkimizi də ayrı-ayrı sevirlər.

- Fahriyenin çirkin olduğunu və sənə yaraşmadığını deyənlərə nə sözün var?

- Fahriye birdənəmdir!

- Qartal Tibet sənin həyatında nə ifadə edir?

- Qartal hoca mənim üçün çox dəyərlidir. Ondan çox şey öyrəndim. O ağsaqqaldır. Bu sektorun hər işini bilir. "Yeşilçam"dan, teatrdan, aktyorluq sənətindən tutmuş rejissorluğa qədər hər işi bilir və bacarıqlıdır. Ona təslim olsanız, müvəffəqiyyətli olarsınız. Mən elə də etdim. Yeni başlayanda ona təslim oldum. Məsələn, Qartal hocanın bütün montajlarında iştirak etdim. Baş rol ifaçısını montaja salmadan işi qəbul etmirdi. Çünki "Bir oyunçu montajı bilmədən aktyorluq edə bilməz" deyirdi. Haqlı çıxdı. Hansı səhvlərə yol verdiyini montajda öyrənirsən. Həyatda da elə deyilmi? Mən yığmalara girə-girə səhvlərimi gördüm.

- Bu sənətdə onunla işləmək sənə uğur gətirib. Başqa kimə borclusan?

- Qartal Tibetdən sonra Teymur Savcı ilə çalışmaq mənə uğur gətirdi. "Möhtəşəm 100 il"in prodüseridir. Daha sonra Kərəm Çatayla da çalışmışam. Bu üçünün karyeramda mühüm yeri var. Amma mənim üçün həyat inkişaf etmək və daha da irəliləmək deməkdir. Məsələn, gözəl sənətlərdə fotoqrafiya sənətini oxudum, amma bir yerdə qalmadım. Rəsm təhsili almasam da, yaxşı rəsm çəkirəm. Universitetə də rəssamlıq qabiliyyətim sayəsində qəbul oldum. Oradan fotoya keçdim. Kameranın arxasından da qabağına keçdim və aktyor oldum. Hazırda rejissorluq edirəm.

- Sənin üçün vətən sevgisini nə ifadə edir?

- Mənim üçün bu, müzakirəolunmaz mövzudur. Heç kəsə icazə vermirəm ki, vətən sevgimə şübhə ilə yanaşsın. Vətənpərvərəm, "Can Fəda" filmindən bəlli olmur ki?

- Yeri gəlmişkən, niyə hərbi mövzusunda filmi çəkdin? Şəraitə uyğun gəlir deyə...

- Biz illərdir ki, Amerika istehsalı olan hərbi filmləri izləyirik. Amerika kino sahəsində bir nömrədir. Bizim seriallarımız da Amerikadan sonra dünyada ikinci yerdədir. Çəkildiyim 3 serial xaricdə təqdim olunur. Xaricdə də gücüm var. Amerikalı edirsə mən niyə çəkməyim?

- "Can Fəda" harada çəkildi?

- Əskişəhərdə çox böyük bir çəkiliş meydançası yaratdıq. 15 gün ərzində dağlarda soyuqda qaldıq, yerdə yatdıq. Cib telefonu filan yox idi. Yemək də çox az idi. Gündə dörd dəfə idman və huşumuzu itirənə qədər məşq edirdik! İş prosesinin kamera arxası görüntlərini yayımlayacağıq. Yaş paltarlarla gəzirdim, az qalsın zökəm olacaqdım. Bu müddət ərzində vanna da qəbul etmədik, onsuz da elə bir şansımız yox idi.

Qala gecəsi 6 apreldə baş tutacaq. Həyəcanlıyam, amma heç vaxt proqnoz vermirəm.

- Səbəb?


Xəbərə aid fotolar