Almaniyada metro qatarlarının toqquşması nəticəsində onlarla insan xəsarət alıb


Dünya 04 Apr 2018 00:39:33 315 0

Almaniyada metro qatarlarının toqquşması nəticəsində onlarla insan xəsarət alıb

Qəza zamanı 35 nəfər yaralanıb

Almaniyada metro qatarları toqquşub.

"Report" xəbər verir ki, bu barədə "Rheinische Post" məlumat yayıb.

Məlumata görə, hadisə Duysburq şəhərində baş verib. Qəza zamanı 35 nəfər xəsarət alıb.

Yaralılardan ikisi ağır vəziyyətdədir. Onlardan birinə kəllə-beyin travması diaqnozu qoyulub.

Qəzanın səbəbləri dəqiqləşdirilir. Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir.