Peskov: Britaniya üzr istəməlidir


Siyasət 03 Apr 2018 23:53:00 288 0

Peskov: Britaniya üzr istəməlidir

Böyük Britaniya keçmiş kəşfiyyat polkovniki Serqey Skripal və onun qızının zəhərlənməsi ilə əlaqədar Rusiyanı ittiham etdiyinə görə üzr istəməlidir.

Son.az oxu.az-a istinadən bildirir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov açıqlama verib.

Peskovun sözlərinə görə, Britaniya tərəfinin nəzəriyyəsini isbat etmək mümkünsüzdür və Moskva Skripalın zəhərlənməsi ilə heç bir əlaqəsinin olmadığını əvvəldən bilirdi.

"Şübhəsiz ki, bu məsələni çox uzatdılar, bu marazm çox uzağa getdi. Bunun dərhal bitən məsələ olmadığına təəsüflənirik"deyə Peskov qeyd edib.