İnsanın ən heyrətli üzvü


Digərləri 03 Apr 2018 23:55:00 319 0

İnsanın ən heyrətli üzvü

İmam Əli (ə) buyurur: "İnsanın ən heyrətli üzvü - qəlbidir.

Qəlbdə hikmətlərin və ziddi-hikmətlərin mənbəyi vardır.

Əgər arzu etsə, tamah onu xar edər.

Əgər tamah ondan əl çəksə, hərislik məhv edər.

Əgər ümidsizlik ona hakim olarsa, qəm onu öldürər.

Hər bir çatışmamazlıq onun üçün ziyanlıdır.

Hər bir həddi aşmaq onun üçün məhvedicidir".

Son.az deyerler.org-a istinadən bildirir ki, Allahı sevən qəlbin və Allahdan xəbərsiz olan qəlbin fərqi nədədir?

Əmirəl-möminin (ə) buyurur: "Allahı sevən qəlb, Allah üçün yorulmağı çox sevər. Allahı yada salmaqdan xəbərsiz olan qəlb rahatlığı sevər".