Sosial şəbəkələrdə məxfiliyi qorumağın 5 yolu


Digərləri 03 Apr 2018 23:35:00 239 0

Sosial şəbəkələrdə məxfiliyi qorumağın 5 yolu

Ötən günlər ərzində Facebookda Cambridge Analytica şirkətilə bağlı qalmaqal şəxsi məlumatların toplanılması və icazəsiz istifadəsi ətrafında qızğın müzakirələrə təkan verib.

Məlumata görə, Cambridge Analytica şirkəti ABŞ seçicilərini ünvanlı siyasi reklamla hədəfləməyə imkan verən sistemin yaradılması üçün 50 milyonadək Facebook istifadəçisinin şəxsi məlumatından istifadə edib.

Google və Facebook-un şəxsi məlumatlar topladığı yəqin ki, sirr deyil. Lakin onların istifadəsinin miqyası naməlum qalır.

Biz onlayn məlumatın nəzərdən keçirilməsi və istifadə olunmamış şəxsi informasiyanın silinməsi barədə Berlində mənzillənən Tactical Tech rəqəmsəl təhlükəsizlik şirkətilə söhbət etdik.

1. Facebook profilinizi təmizləyin

Facebook, fotolar, göndərdiyiniz və aldığınız messajlar da daxil bütün məlumatlarınıza giriş verir.

Nüsxənizi almaq üçün: General Account Settings-ə gedib "Download a copy of your Facebook data" klikləyin və məlumatlar sizə göndəriləcək.

Orada ikən "Apps"-lara nəzər salıb haqqınızda məlumat saxlayanları silin.

Bundan əlavə, bəyənmədiyiniz bütün şəkillərdən öz adınızı "un-tag" edə bilərsiniz.

Profil səhifənizdə View Activity Log-a daxil olub həmin şəkil və postları görə və silmək istədiklərinizi seçə bilərsiniz.

2. Yaxşı Google, haqqımda nə qədər bilirsən?

Çox güman ki, gün ərzində Google-un ən az bir məhsulundan yararlanırsınız.

Və bu şirkət sizi hər kəsdən daha yaxşı tanıyır.

Hesabınıza daxil olun, loqonuza klikləyin və Privacy checkup (Məxfilik Müayinəsi) səhifəsində məlumlatlarınıza nəzər salın.

Üçüncü etap - Personalise your Google experience (Google təcrübənizi Özəlləşdirin) idarəni sizə həvalə edir. Bu sizə gələcəkdə paylaşılan məlumatlarınızı məhdudlaşdırmaq imkanı verir.

Tətbiqetmə proqramlarının idarə gücünü də limitləmək mümkündür.

Google-da olan məlumatlarınızı görmək üçün bu linki izləyin: google.com/takeout