“TesteneArt” II Beynəlxalq İncəsənət festivalmüsabiqəsinə yekun vurulub FOTO


Kriminal 03 Apr 2018 23:24:00 231 0

“TesteneArt” II Beynəlxalq İncəsənət festivalmüsabiqəsinə yekun vurulub   FOTO

Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin dəstəyi ilə keçirilən "Testene-Art" II Beynəlxalq İncəsənət festival-müsabiqəsinə yekun vurulub.

Son.az Trend-ə istinadən bildirir ki, Mərdəkan Mədəniyyət Sarayında keçirilən tədbirdə ilk öncə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəis müavini Nazim Əliyev çıxış edərək, qonaqları salamlayıb. Qeyd edib ki, Azərbaycanla yanaşı İtaliya, Rusiya, İsrail və digər ölkələrdən müsabiqəyə 300-ə yaxın iştirakçı qatılıb. Bu festivalın ölkələrarası mədəniyyətin inkişafına öz töhvəsini verdiyini vurğulayıb. O, qalibləri təbrik edərək, "Testene-Art" mədəniyyət assosiasiyasının rəhbərliyinə təşəkkürünü bildirib və prezidenti Z.İnessaya milli musiqi alətlərimizi özündə əks etdirən xatirə hədiyyəsi təqdim edib.

Daha sonra qaliblərin mükafatlandırılma mərasimi keçirilib, münsiflər heyətinin üzvləri festival-müsabiqənin gedişatı, istedadlı uşaqların çıxışları barədə öz fikirlərini söyləyiblər.


Xəbərə aid fotolar