Allah əmr etmişdi ki, Günəş Həzrət Əliyə cavab versin


Digərləri 03 Apr 2018 23:20:00 358 0

Allah əmr etmişdi ki, Günəş Həzrət Əliyə cavab versin

Əbuzər nəql edir: "Bir gün Peyğəmbər (s) Əliyə (ə) buyurdu: "Nə zaman sabah günəş çıxacaq, Bəqi səhrasına get və yüksək bir yerdə dayan. O zaman ki, günəş çıxacaq, ona salam ver. Həqiqətən, Allah Təala ona əmr etmişdir ki, sənə cavab versin".

O zaman ki, sabah səhər oldu, Əmirəl-möminin (ə) yanında ənsar və mühacirlərdən olan bir dəstə səhabə ilə birlikdə Bəqiyə gəlib çatdı. Yüksək bir minbərin üstündə dayandı. O zaman ki, günəş çıxdı, buyurdu: "Salam olsun sənə, ey Allahın yeni xəlq etdiyi və mütisi!".

Son.az deyerler.org-a istinadən bildirir ki, səmadan səs eşidildi: "Salam olsun sənə, ey əvvəl, ey axır, ey zahir, ey batin, ey o kəs ki, hamıdan daha çox bilənsən!".

Bu zaman olanların hamısı günəşin sözlərini eşidib, bihuş oldular. Bir müddət sonra özlərinə gəldilər. Əmirəl-möminin (ə) artıq həmin yerdən geri qayıtmışdı. Onlar Peyğəmbərin (s) yanına gəldilər və dedilər: "Ey Rəsul! Biz Əli (ə) haqqında deyirik ki, bizim kimi insandır. Ancaq günəş ona elə xitab etdi ki, Allah özünə o cür xitab edir".

Həzrət Peyğəmbər (s) buyurur: "Ondan nə eşitdiniz?".

Dedilər: "Eşitdik ki, günəş deyir: "Salam olsun sənə, ey əvvəl!"".

Buyurur: "Düz deyib. O, ilk kəsdir ki, mənə iman gətirmişdir".

Dedilər: "Günəş deyir ki, ey axır".

Buyurur: "Düz deyibdir. O, son insan olacaqdır ki, mənim əmrimi öhdəsinə götürəcəkdir. Mənə qüsl verəcək, kəfənləyəcək və qəbrimə qoyacaqdır".