Qonorarını ala bilməyən xalq artisti səhnədə dava saldı VİDEO


Digərləri 03 Apr 2018 22:51:00 259 0

Qonorarını ala bilməyən xalq artisti səhnədə dava saldı  VİDEO

Aronovanın sözlərinə əsasən, gecikməyə görə tamaşaçılardan heç kim biletini geri qaytararaq zalı tərk etməyib

Rusiyanın Surqut şəhərində "Kiçik komediyalar" tamaşasında rol alan Rusiya xalq artisti Mariya Aronova qonorarı ödənmədiyi üçün tamaşaya başlamaqdan imtina edib.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu barədə kiçik videogörüntü Youtube-da yerləşdirilib.

Videoda bildirilir ki, tamaşa yarım saat gecikib. Aktrisa Aronova səhnəyə çıxaraq bildirib ki, təşkilatçılar aktrisanın qonoraını ödməyib və onu "texniki problemlər" bəhanəsilə tamaçaşıları aldatmağa məcbur edirlər.

"Soyadını demək istəməyən xanım sizi salona buraxıb. Və məni xalq artistini, dövlət mükafatı lauretaını məcbur edir ki, sizin qarşınıza çıxm və texniki problemlərin olduğundan danışım. Artıq ikinci zəng çalınıb. Hazırda biz sizi və özümüzü alçaldaraq oturub gözləyirik" - deyə o bildirib.


Xəbərə aid video