Ağır xərçəngin gözlənilməz səbəbi aşkarlandı


Digərləri 03 Apr 2018 22:21:00 209 0

Ağır xərçəngin gözlənilməz səbəbi aşkarlandı

ABŞ-da Kaliforniya tibb kolleci  və Murs xərçəng mərkəzindən olan tədqiqatçılar kodlaşmayan DNT-də son dərəcə təhlükəli şişlərin formalaşmasına yol açan 200 mutasiya ortaya çıxarıb.

Son.az oxu.az-a istinadən bildirir ki, araşdırma haqqında məqalə  "Nature Genetics" jurnalında dərc olunub.

Məlum olduğu kimi, insan genomunun böyük hissəsi, 98 faizə yaxını "tullantı" DNT-dən ibarət olur. Əvvəllər onun heç bir funksiyanı yerinə yetirmədiyi güman edilirdi.

Ancaq bu yaxınlarda məlum olub ki, onun bəzi genetik sahələri,  hüceyrələrin biokimyasında  müəyyən rol oynayır, o cümlədən digər genlərin fəallığını tənzimləyir.

Hal-hazırda molekulyar bioloqlar "tullantı" DNT-ni kodlaşmayan DNT adlandırır, belə ki, adi genlərdən fərqli olaraq onlarda zülalların amin turşulu uzlaşmaları şifrələnmir.