Nəsib Nura yeni vəzifə verildi


Şou-biznes 03 Apr 2018 22:27:00 306 0

Nəsib Nura yeni vəzifə verildi

"Xəzər FM" və 100.5 FM radiolarının rəhbəri Nəsib Nur yeni vəzifəyə təyin edilib.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, aparıcı açıqlamasında bildirib ki, "Dalğa TV"yə yaradıcılıq üzrə rəhbər təyin edilib:

"İş yerimiz "Xəzər Media Mərkəzi" olaraq qalır. "Dalğa TV" də həmin mərkəzə daxil olan bir qurumdur. Hazırda kanal formalaşmaq üzrədir. Mən də yaradıcılıq işlərinə və kanalın ümumi fəaliyyətinə məsul olacağam. Artıq bu gündən vəzifəmin icrasına başlamışam".