Bakıda ”MAN” və "KамАz" toqquşub, ölən var


Digərləri 03 Apr 2018 22:03:00 247 0

Bakıda ”MAN” və "KамАz" toqquşub, ölən var

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonu ərazisində "MAN" və "KамАz markalı iki yük avtomobilinin toqquşması barədə məlumat daxil olub.

Son.az APA-ya istinadən xəbər verir ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. "MAN" markalı avtomobilin sürücüsü, 1963-cü il təvəllüdlü Tamaz Dalinzenin (Gürcüstan Respublikasının vətəndaşı) cəsədi xilasedicilər tərəfindən nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.