Su qabının qulpu tərəfdən su içmək niyə qadağandır?


Digərləri 03 Apr 2018 21:45:00 255 0

Su qabının qulpu tərəfdən su içmək niyə qadağandır?

Bəzi hədislərdə su qabının qulpu tərəfdən su içməyin qadağan edilməsinin səbəbi nədir?

Həqiqətən, bəzi hədislərdə su qabının qulp tərəfindən suyu içmək bəyənilməz sayılır və hətta qabın qulp olan hissəsində şeytanların gizləndiyi bildirilir. Son.az islam.az-a istinadən bildirir ki, bunun əsil səbəbinin nədən ibarət olduğunu söyləmək çətindir. Ehtimal edirik ki, müqəddəslərimiz bu yolla müsəlmanları zərərli mikroblara yoluxmaqdan qorumaq istəmişlər. Məlum olduğu kimi, əldə olan mikroblar qabın qulpuna daha çox yapışır və qabın həmin hissəsindən su içən zaman mikrobların bədənə ötürülmə ehtimalı çoxalır. O zamankı insanlara gözlə görünməyən zərərli canlı varlıqlar olan mikrobları anlatmaq çətin idi. Buna görə həmin mənbələrdə mikroblar şərti olaraq şeytanlar adlandırılır. Ümumiyyətlə, dini mətnlərdəki şeytan sözünün mənası da gizliliyi ifadə edir