Şagirdlərə qeyriadi üsulla dərs keçir VİDEO


Digərləri 03 Apr 2018 21:21:00 256 0

Şagirdlərə qeyriadi üsulla dərs keçir  VİDEO

Saatlı rayonunda ibtidai sinif müəlliməsi şagirdlərə qeyri-adi üsullarla dərs öyrədir. Şagirdlərin tapşırıqları daha yaxşı mənimsəməsi üçün açıq havada çəmənlikdə dərs keçir.

Şagirdlər ağacların altında, çəmənlərin üzərində oturub dərs öyrənirlər.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, basqa dərslərdə isə xüsusi formalarını geyinib mövzuya  uygun həyətdə əyani dərs öyrənirlər.

Bura Saatlı rayon Qarayevkənd kənd orta məktəbəidir. Məktəbin ibtidai sinif müəlliməsi Gülnar Muxtarova  havaların xoş keçməsindən istifadə edərək şagirdlərə dərs prosesini sinif otaqlarında deyil  açıq havada izah edir.bu da şagirdlərə dərsləri yaxşı qavraması ilə yanaşı onların marağını artırır.Qeyri-adi dərs üsulu şagirdlərin xoşuna gəlir.

İbtidai sinifin bu günki dərs mövzusu təbiəti qorumaqdır.Müəllimə də şagirdlərlə birlikdə gül əkir ,onlara qulluq yollarını öyrədir.


Xəbərə aid video