Bu qida məhsullarını almayın


Digərləri 03 Apr 2018 21:16:00 332 0

Bu qida məhsullarını almayın

Qida Təhlükəsizliyi Agentliyi zərərli ola biləcək qidaların siyahısını hazırlayıb. Qurum əhalinin həmin siyahıda yer alan məhsulları almamağa çağırır. Agentlik bununla bağlı yaxın vaxtlarda monitorinqlərə də başlayacaq.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Qida Təhlükəsizliyi Agentliyi insan həyatı və sağlamlığı üçün təhlükə yarada bilən məhsulların siyahısını hazırlayıb. Siyahıda Türkiyədən Azərbaycana ixrac olunan məhsullar yer alıb.

Siyahıda qeyd olunan digər təhlükəli qida məhsullarının 40 növü bitki yağlarına, 15 növü bal məhsullarına, 4 növü şokolad məhsuluna, 4 növü spirtsiz içkilərə, 1 növü çay məhsuluna, 1 növü ədviyyat məhsuluna, 1 növü enerji içkilərinə, 13 növü isə qida əlavələrinə aiddir.

Qida Təhlükəsizliyi Agentliyinin Kommunikasiya və İnformasiya Texnologiyaları şöbəsinin müdiri Aynur Kərimova bildirdi ki, aşkar edilən zərərli məhsullar satışdan çıxarılacaq.


Xəbərə aid video