Adam ölməmiş, məzar yeri ayrılır Sağ ikən qəbir yeri


Digərləri 03 Apr 2018 21:17:00 469 0

Adam ölməmiş, məzar yeri ayrılır  Sağ ikən qəbir yeri

Adam ölməyib, ancaq məzarı üçün qəbiristanlıqda yer alınıb və hasarlanıb. Bu hala xüsusilə də paytaxt qəbiristanlarında tez-tez rast gəlinir. Nəticədə məzarlıqlar vaxtından tez dolur, yer israfçılığına yol verilir, faktiki ölü yiyəsi ölüsünü basdırlmağa yer tapmır. Ancaq aidiyyəti qurumlar bundan sonra belə hala icazə verilməyəcəyini deyirlər. Paytaxt qəbirstanlıqlarında ölü yerləri əvvəlcədən alındığından boş məzar tapılmır.artıq qəbir yerləri faktiki ölü yiyəsi üçün ayrılacaq.

Qəbiristanda torpaq sahəsi hasara alınsa da, burada heç kim dəfn olunmayıb. /K

Son.az xezerxeber.az-a istinadən bildirir ki, bəzi yerlərdə isə geniş ərazi hasarlanıb, ancaq orda da yalnız bir nəfər dəfn edilib.

Görüntülər paytaxtın Yasamal rayonunda yerləşən qəbiristandandır. Ancaq bu mənzərəyə digər qəbiristanlarda da rast gəlmək mümkündür. Paytaxtın mərkəzi hissəsində yerləşən qəbiristanlarda ərazilərin bu cür hasara alınması isə həmin ərazilərdə yer probleminin, eləcə də sıxlığın yaranmasına gətirib çıxarır. Elə bunu Bakı Şəhər Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin baş mühəndisi Sabir Həsənov da təsdiq edir. Onun sözlərinə görə, hasarlanmış torpaq sahələrini vətəndaşlar beş-altı il əvvəl alıblar. Hazırda isə qəbir yerlərinin əvvəlcədən alınıb hasarlanması qadağandır.

Sabir Həsənov deyir ki, trestin tərkibində ümumilikdə 32 qəbiristan var. İstisna hal kimi dəfn olunanın həyat yoldaşı, övladı, yaxud yaxın qohumunun ərizəsi ilə qəbiristanda dəfn olunanın yanında ər və ya arvad üçün bir yer saxlanıla bilər. Bu isə maksimum 5 kvadratmetr olur..


Xəbərə aid video