Kanalda boğulan 14 yaşlı uşağın meyidi tapıldı VİDEO


Digərləri 03 Apr 2018 21:03:00 327 0

Kanalda boğulan 14 yaşlı uşağın meyidi tapıldı  VİDEO

14 yaşlı yeniyetmə su kanalında boğulub.

Bədbəxt hadisə Yuxarı Qarabağ kanalının Mingəçevirin energetiklər qəsəbəsindən keçən hissəsində baş verib.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, şəhər sakini Nicat Qafarzadə adıçəkilən su kanalında həmyaşıdları ilə birlikdə çimərkən batıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin kiçik həcmli gəmilərə nəzarət və sularda xilasetmə dövlət xidmətinin dalğıc-axtarış qrupu çağrılıb. 14 yaşlı Nicat Qafarzadənin meyiti dalğıclar tərəfindən batdığı ehtimal edilən yerdən 800 metr aralıda tapılaraq sudan çıxarılıb.

Videonu izləmək üçün şəklə klikləyin: