Qadınları necə sevək?


Digərləri 03 Apr 2018 21:05:00 368 0

Qadınları necə sevək?

Son.az lent.az-a istinadən psixoloq Nataliya Belousovanın qadınları sevməklə bağlı 9 tövsiyəsini təqdim edir. Bütün bu tövsiyələr boşanma və ailə münaqişələri nəticəsində ortaya çıxıb.

Onunla sosial rollarla bağlı razılaşın

Yəhudi analar kimi kompleksi olan, əbədi uşaq qalan, hətta qəhvə hazırlaya bilməyən, hər kəs ona həsəd apardığı halda model kimi gözəl bədən quruluşuna sahib olduğundan xəbərsiz, bir sözlə, hər cür qadın var.

Sizə lazım olan qadın sizin və onun sosial rollarının uyğun gəldiyi bir qadındır.

Qadınların hər təklifi ilə razılaşın

Bir çox ailə münaqişlərinin səbəbi məhz tərəflərdən birinin o birindən onun verə biləcəyini deyil, öz istədiyini gözləməsidir. Buna görə ilk başdan onun sizə verə biləcəyi və sizdən nə istədiyini aydınlaşdırın.

İlkin çözümü siz təklif edin

Gender olaraq qadınlar ailə qurduqdan sonra onların həyatları ilə bağlı başqa birinin qərar verməsindən, hüquqlarının pozulmasından narahat olurlar. "İlkin çözümü, qərarı siz təklif edin" demək "sizin fikriniz müzakirə olunmazdır" anlamına gəlməsin. Vacib məsələ odur ki, çıxılmaz problemlərdə ilkin çözümü siz təklif edib qadının da fikrini öyrənin. Sadəcə qadınlar mızıldanmağı  xoşlamır. Məsələn, qadın sizə "Əzizim, axşam yeməyini bayırda yeyək", - deyəndə "Gedək, əzizim. Hara istəsən gedərik, mənim üçün fərq etməz", - demək yerinə "Gedək, əzizim. Hətta mən bu yaxınlarda yaxşı bir restoran gördüm. İstəsən ora gedərik. Nə deyirsən?", - deyə ilkin təklifi siz edin.

Xəbərdarlıq etmədən yox olmayın

Başa düşürəm, gündəlik işlərlə bağlı kiməsə hesabat vermək insan azadlığını məhv edir. Ancaq bəzən bunu sosial şəbəkədə rahatlıqla edə bilirsiz, bunu da boynunuza alın. Bir az gecikdizsə, qadının ağlına min cür fikir gələcək. "Qəzaya düşüb, davaya qarışıb, işdə problemi çıxdı və s.". Qadınlar narahat olur, bu, onların təbiətində var. Gecikəcəyinizlə, bir müddət olmayacağınızla bağlı mütləq xəbərdar edin.

Evdəki əşyaları təmir edin

Telefon xarab olduqda "mənim başım çıxmır", - deyib telefon ustasının nömrəsini axtarmaq yerinə özünüz təmir etməyə çalışın. Ya da alternativ olaraq "Əzizim, al bu pulu, get, təzəsini al",  - deyə biərsiz. Hansı sizə sərf edirsə, onu edin.