Nazir müavini: Bəzi sahibkarlar POSterminal işlətməkdən imtina edir VİDEO


Digərləri 03 Apr 2018 21:07:00 238 0

Nazir müavini: Bəzi sahibkarlar POSterminal işlətməkdən imtina edir  VİDEO

Sahibkarların Vergilər Nazirliyinə təqdim etdiyi təkliflər araşdırılır. Sahibkarlar əsasən inzibatçılığın sadələşdirilməsini, vergi qanunvericiliyində dəyişikliyin aparılmasını istəyir. Vergilər nazirinin müavini Sahib Ələkbərov kiçik otellərdə və mağazalarda pos-terminallardan az istifadə olunması məsələsinə də toxunub.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Vergilər Nazirliyi sahibkarların təklifləri ilə bağlı araşdırmalara başlayıb.

Vergilər nazirinin müavini Sahib Ələkbərov bildirib ki, bir ay ərzində bu təkliflər emal ediləcək və aidiyyatı üzrə müvafiq orqanlara öz rəylərini bildirmələri üçün təqdim olunacaq. Sonra isə Milli Məclisdə müzakirə ediləcək.

Sahib Ələkbərov kiçik otellərdə və mağazalarda pos-terminallardan az istifadə olunması məsələsinə də toxunub. O bildirib ki, burada müştərilərin də üzərinə müəyyən məsuliyyət düşür.


Xəbərə aid video