Bu yolda qoyulan yol nişanları sürücüləri çaş baş salır VİDEO


Digərləri 03 Apr 2018 21:08:00 274 0

Bu yolda qoyulan yol nişanları sürücüləri çaş baş salır  VİDEO

Paytaxtın mərkəzində yol nişanın düzgün qoyulmaması sürücüləri çaşdırır. Bəzi sürücülər iddia edir ki, sürətin saatda 90 kilometr olduğu bir yolun yardımçı yolla birləşməsində 90 sürətin bitdiyini bildirən nişan ən azından bir neçə yüz metr əvvəl qoyulmalıdır. Üstəlik nişanın qoyulduğu yerdə sərt döngə və eniş var.

Paytaxtın ən işlək prospektində yol nişanının səhv qoyulması sürücülər arasında çaşqınlığa səbəb olub.

Söhbət Heydər Əliyev prospektinin Nərimanov rayonu ərazisində düşən hissəsindən gedir.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, prospketdə orta yolda sürət həddi saatda 90 kilometrdir. Amma metronun ''Koroğlu'' stansiyasından üzü şəhər istiqamətdə gələrkən əsas yolla yardımçı yollun birləşdiyi nöqtədə 90 sürəti bildirən nişanın üstündən xət çəkilib. Yəni sürət həmin hissədə 60-a enir. Sürücülər iddia edirlər ki, sürətin aşağı düşməsini bildirən nişan həmin kəsişməyə qədər bir neçə yerdə təkrar olunmalıdır.

Sürücülər naşı həmkarlarının bu ərazidə tez-tez qəza törətdiklərini də deyirlər. Onlar ümumiyyətlə həmin ərazidə sərt döngə və enişin olmasını bildirən nişanın da qoyulmasını təklif edirlər.


Xəbərə aid video