Ölkəmizə qarşı qarayaxma kampaniyası aparanlar tənqid edildi VİDEO


Siyasət 03 Apr 2018 21:09:00 262 0

Ölkəmizə qarşı qarayaxma kampaniyası aparanlar tənqid edildi  VİDEO

Bu gün Milli Məclisin növbəti plenar iclası keçirilib. İclasda ümumilikdə 25 məsələ müzakirə edilib. Bundan başqa millət vəkilləri xaricdə Azərbaycana qarşı qarayaxma kampaniyası aparanları sərt şəkildə tənqid ediblər və bu hərəkətlərin qəbuledilməz olduğunu bildiriblər.

''Fransada və Almaniyada Azərbaycan səfiriliyi qarşısında aksiya keçirib, xalqımızı təhqir edənlərə azərbaycanlı demək mümkün deyil''. Bu sözləri bu gün Milli Məclisin plenar iclasında millət vəkili Siyavuş Novruzov deyib. Onun sözlərinə görə, Azərbaycanda aktiv siyasi proseslərin getdiyi bir vaxt onlar erməni lobbisindən dəstək alaraq xaricdə ölkəmizə qarşı qarayaxma kampaniyası aparırlar.

İclasda çıxış edən millət vəkili Tahir Kərimli Azərbaycanın müxalifət nümayəndələrinin əsassız iddialarla çıxış etdiyini və iyrənc üsullarla siyasi mübarizə apardıqlarını deyib.

Milli Məclisin iclasında ümumilikdə 25 məsələyə baxılıb. Gündəliyə daxil olan məsələlərin əksəriyyəti texniki xarakterli dəyişikliklər olsa da "Azərbaycan respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında" və "Peşə təhsili haqqında" yeni qanun layihələri də müzakirəyə çıxarılaraq qəbul edilib.


Xəbərə aid video