Bakıda 2 yük avtomobili toqquşdu: 1 ölü


Digərləri 03 Apr 2018 20:56:41 284 0

Bakıda 2 yük avtomobili toqquşdu: 1 ölü

Qaradağda iki yük avtomobilinin toqquşması nəticəsində Gürcüstan vətəndaşı ölüb.

Son.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonu ərazisində "MAN" və "KAMAZ" markalı iki yük avtomobilinin toqquşması barədə məlumat daxil olub.

Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

"MAN" markalı avtomobilin sürücüsü, 1963-cü il təvəllüdlü Tamaz Dalinzenin (Gürcüstan Respublikasının vətəndaşı) cəsədi xilasedicilər tərəfindən nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.