Gürcüstana ən çox səfər edənlər azərbaycanlılardır


Digərləri 03 Apr 2018 20:07:39 200 0

Gürcüstana ən çox səfər edənlər azərbaycanlılardır

Bu ilin martında Gürcüstana ən çox turist Azərbaycandan səfər edib.

Son.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə Gürcüstan Milli Turizm Administrasiyasının hesabatında deyilir.

Qeyd olunur ki, mart ayında Gürcüstana 133 448 Azərbaycan vətəndaşı səfər edib. Növbəti sıralarda Ermənistan (109 371), Türkiyə (100 721), Rusiya (91 529) və İran (58 828) qərarlaşıb.