Yaradıcılığın limiti yoxdur


Digərləri 03 Apr 2018 19:45:00 235 0

Yaradıcılığın limiti yoxdur

Niderlandlı Stefan Braş (Stephan Brusche) banan qabığı üzərində çəkdiyi rəsmlərlə diqqət mərkəzindədir.

Son.az Boredpanda-ya istinadla xəbər verir ki, Rotterdamda yaşayan rəssam banan qabığı üzərində bir-birindən maraqlı şəkillər çəkərək yaradıcılığın limiti olmadığını göstərib.

"Bir gün işdə oturmuşdum. Ürəyim nəsə çəkib, sosial şəbəkədə paylaşmaq istəyirdi. Birdən yemək üçün aldığım banan ağlıma gəldi. Üstünə rəsm çəkdim, paylaşdım. Marağa səbəb oldu, mən də davam etdirdim".