Bakıda ata ilə qızının küçənin ortasında öldürüldüyü an VİDEO


Digərləri 03 Apr 2018 18:15:00 226 0

Bakıda ata ilə qızının küçənin ortasında öldürüldüyü an  VİDEO

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə iki nəfəri öldürməkdə təqsirləndirilən 1967-ci il təvəllüdlü Sahib Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az yenicag.az-a istinadən xəbər verir ki, hadisə ötən ilin sentyabr ayında baş verib.

Hökmə əsasən, S.Hacıyev ömürlük azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən ilin sentyabrında yol kənarında bıçaqla qətlə yetirilmiş kişi və qadın meyiti aşkar edilib. Araşdırmalarla onların Müşfiqabad qəsəbə sakinləri - 64 yaşlı Allahverdi Əsədov və onun qızı, 38 yaşlı Samirə Əsədova olduğu müəyyən edilib. Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində qətlin Samirə Əsədova ilə qeyri-rəsmi nikah münasibətində olan 50 yaşlı Sahib Hacıyev tərəfindən törədilməsi müəyyən edilib və o saxlanılıb.