"Liverpool"un müdafiəçisi mövsümün sonuna kimi sıradan çıxdı


İdman 03 Apr 2018 18:17:00 270 0

"Liverpool"un müdafiəçisi mövsümün sonuna kimi sıradan çıxdı

"Liverpool"un müdafiəçisi Joel Matip mövsümü erkən başa vurub. Goal.az xəbər verir ki, 26 yaşlı futbolçu omba nahiyəsindən zədələnib. Bu mövsüm kamerunlu futbolçu "qırmızılar"ın heyətində 25 oyuna çıxıb və 1 qol vurub. "Liverpool" 32 turdan sonra turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.